UEFA prezidenti Aleksander Çeferin Avropa və Səudiyyə Ərəbistanı futbolu arasındakı fərqdən danaşaraq, buna münasibətini açıqlayıb.
Arena.az “The Telegraph” nəşrinə istinadən Çeferinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Avropa futbolunun çox güclü kökləri var. O, mədəniyyətimizin, tariximizin bir parçasıdır. Bu, satın alına bilməz. Mümkünsüzdür.
Futbolçular Səudiyyə Ərəbistanına gedirlər, çünki orada gəlirli müqavilələr var. Mən isə buna görə onları qınamıram. Əgər onlar karyeralarının sonuna yaxınlaşırlarsa, bəlkə də bu, onlar üçün yeni bir macəradır və qazanılacaq çoxlu pullar var. Onları günahlandırmaq və ya buna bənzər bir ruhda nəsə, istəmirəm”, deyə UEFA prezidenti bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanına köçən futbolçular arasında Riyad Marez, Malkom, Neymar, Eduard Mendi, Fabinyo, Sadio Mane, Emerik Lyaport, Marselo Brozoviç, Aleks Telles, Yannik Karrasko, Aleksandr Mitroviç, Kalidu Kulibali, Ruben Neves, Cordan Henderson, Corcinyo Veynaldum kimi məşhur adlar var.


