“Napoli”nin baş məşqçisi Valter Massarri İtaliya Super Kuboku çərçivəsində “İnter”lə oyundan gözləntilərini paylaşıb.
Arena.az jurnalist-insayder Nikolo Skiraya istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“İnter” oyunun bütün baxışlarında güclüdür. Mən heç vaxt jurnalistlərlə komandamın qələbəsi ilə bağlı mübahisə etmirəm, amma unutmayaq ki, mənim uşaqlarım İtaliyanın cari çempionudurlar.
“Napoli” A Seriyasının cari mövsümündə “İnter”lə artıq qarşılaşıb. 0:3 hesabı ilə uduzaraq, bütün qollarımızı əks-hücumlarda buraxdıq. Amma indi biz onlarla bərabər oynayacağıq”, deyə Valter Massarri adlı-sanlı rəqibindən çəkinmədiyini başa düşməyə əsas verib.
Xatırladaq ki, İtaliya Super Kubokunun “Napoli” ilə “İnter” arasında final oyunu bu gün keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


