Madrid “Real”ının braziliyalı ulduzu, vinger Vinisius Junior “Selta”ya qarşı La Liqa oyununda (1:0) ombasından zədələnib.
Arena.az bu barədə “El Chiringuito” telekanalının jurnalist Edu Agirreyə istinadına əsasən məlumat verir.
Mənbənin məlumatına görə, braziliyalının “Selta” ilə oyunun lap əvvəlində bud nahiyəsindən aldığı zədə, əvvəlcə düşünüldüyündən də ciddidir. İndi braziliyalı ulduzun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Daha əvvəl “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti bildirib ki, Vinisius “Xetafe” ilə La Liqa çərçivəsində növbəti oyunu buraxa bilər.
Cari mövsümdə Vinisius Junior “Real”ın heyətində 3 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, bu, “Real”ın yeni mövsümdə ilk itkisi deyil. Buna qədər “Kral klubu” məşqdə zədələnmiş əsas qapıçısı belçikalı Tibo Kurtuanı mövsümün sonuna qədər itirmişdi. Az sonra braziliyalı müdafiəçi Eder Militan da zədələlilər sırasına qoşulmuşdu.


