Cinsi təcavüzdə ittiham edilən fransalı futbolçu Vissam Ben Yedder ötən həftə sonu hüquq-mühafiə orqanlarının nəzarətinə götürülüb.
Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Ben Yadder “sərxoş halda cinsi təcavüz” maddəsi əsasında iş üzrə tezliklə məhkəmə qarşısında cavab verəcək.
Xatırladaq ki, Ben Yedder 2001-ci il təvəllüdlü bir qadının ona qarşı cinsi təcavüz iddiası ilə çıxış etməsindən sonra həbs edilib. İddia edilən hadisələr cümə günü axşam saatlarında futbolçunun avtomobilində baş verib. İş üzrə məhkəmə baxışı oktyabrın 15-nə təyin edilib.
Vurğulayaq ki, hazırda Vissam Ben Yadder azad agent qismində klubsuzdur. Buna qədər fransalı futbolçu “Monako”nun uğurları üçün çalışıb və cari ilin iyulunda knyazlıq klubundan azad agent qismində ayrılıb.


