Yakopo Fatsini “Fiorentina”da

“Empoli”nin 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Yakopo Fatsini bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Fiorentina”nın rəsmi saytına istniadən məlumat verir.

Keçid “bənövşələr”ə 10 milyon avro məbləğ müqabilində başa gəlib. Fatsini Florensiya təmsilçisi ilə 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb və iyul ayının 1-dən “bənövşələr”in ixtiyarında olacaq.

Yakopo Fatsini “Empoli”nin məzunudur.

Geridə qalmış mövsümdə Fatsini “adzurri” üçün 22 oyuna çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Fatsininin “Empoli” üçün çıxışının ümumi mənzərəsi 76 oyun, 7 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Yakopo Fatsini İtaliyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: