Yoxlama oyunu: Türkiyədən Şimali Makedoniyaya 4 qol

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Türkiyə və Şimali Makedoniya yığmaları arasında keçirilib.

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçirilmiş bu görüşdə darmadağına sevinib – 4:0. Qollları Orkun Kökçü (1), Can Uzun (15), Deniz Gül (52) və Barış Alper Yılmaz (69) vurublar.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu sınaq matçında Venesuela millisi ilə üz-üzə gələcək (7 iyun).

Günün digər oyunlarında Avstriya yığması Tunisə, Norveç milli İsveçə qalib gəlib.

Yoxlama oyunu
1 iyun

Bolqarıstan – Monteneqro 0:1
Maldiv adaları – Əfqanıstan 0:1
Slovakiya – Malta 2:1
Norveç – İsveç 3:1
Türkiyə – Şimali Makedoniya 4:0
Avstriya – Tunis 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: