Yüksək Liqa: “Azərreyl”dən MOİK üzərində asan qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, tutun sonuncu oyunu “Murov” voleybol klubunun idman zalında baş tutub.

Burada “Azərreyl” və MOİK komandaları üz-üzə gəliblər. İlk setdən təşəbbüsə yiyələnən “Azərreyl” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, “Azərreyl” hazırda 27 xalla (9 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
14-cü tur
22 fevral

“Azərreyl” – MOİK 3:0 (25:15, 25:23, 25:7)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: