Yulian Nagelsman bundestimlə ilk məğlubiyyətini şərh etdi

Almaniya yığmasının baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsman yoldaşlıq görüşündə Türkiyə millisinə məğlubiyyətini (2:3) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən Nagelsmanın müvafiq xüsusda fikirlərini təqdim edir:

“İlk buraxdığımız qol çox sadə idi – çox aqressiv müdafiə olunduq. Vəziyyət onlar üçün çox sadə oldu.

Bəzi oyunçularımız belə bir oyunda qalib gəlmək üçün lazım olan duyğusal səviyyəyə çatmadılar. Əgər biz oyunu ilk on dəqiqədə öldürsəydik, nəticə fərqli olardı”, deyə alman mütəxəssis bildirib.

Xatırladaq ki, noyabrın 19-da Berlinin “Olimpiaştadion”unda Almaniya və Türkiyə millilərinin qarşılaşdığı yoldaşlıq oyunu “ay-ulduzlular”ın 3:2 hesablı səfər qələbəsi ilə başa çatıb.

Vurğulayaq ki, bu məğlubiyyət Nagelsmanın bundestimin sükanı arxasında aldığı ilk yenilgidir.

Yulian Nagelsman Almaniya yığmasını cari ilin sentyabr ayının 22-də qəbil edib və 3 oyuna çıxarıb. Nəticə isə belədir: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi isə 7:6 nisbətindədir.

Nagelsmanın Almaniya yığması ilə müqaviləsi 2024-cü ilin iyul ayının sonuna qədər qüvvədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: