“Yuventus” klubunun 28 yaşlı fransız yarımmüdafiəçi Adrien Rabyo ilə müqaviləsini yenilədiyi haqda məlumat yayılıb.
Arena.az bu barədə “Corriere dello Sport”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Qoca sinyora” cari müqaviləsi bu ilin iyunun sonunda başa çatacaq yarımmüdafiəçiyə illik 7 milyon avro məvacib təklif edib. Rabyonun bu təklifdən razı qaldığı və yeni müqavilə imzalamağa hazır olduğu bildirilir.
“Qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqrinin Rabyonu növbəti mövsümdə “Yuventus”da şəxsən görmək istədiyi vurğulanır.
Daha əvvəl fransız yarımmüdafiəçinin nümayəndələri Rabyonu azad agent qismində transfer etmək istəyən “Mançester Yunayted”lə əlaqə saxlayıblar.
2022/2023 mövsümündə Rabyo “Yuventus”un heyətində 48 oyun keçirib, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı Rabyonu 40 milyon avro məbləğində qiymətləndirir.


