“Yuventus” “Barselona”nın ivuarlı mərkəz yarımmüdafiəçisi Frank Kessyenin transferi üzərində fəal surətdə çalışır.
Arena.az bu barədə “Goal.com” portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hazırda klublar yarımmüdafiəçinin 15 milyon avroya mütləq satınalma variantı ilə icarəsini müzakirə edirlər.
Geridə qalmış 2022/2023 mövsümündə Frank Kessye “Barselona”nın heyətində 43 oyuna çıxıb, 3 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
Frank Kessye Kot d’İvuar yığmasının heyətində 63 oyun keçirib, 8 qol vurub.
“Transfermarkt” internet-portalı 26 yaşlı Frank Kessyeni 25 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Kessye “Barselona”dan ayrılmaq və Səudiyyə Ərəbistanına yollanmaq niyyətində idi. Futbolçu hətta azad agent qismində “Barselona”nı tərk etmək üçün Kataloniya klubunun rəhbərliyinə xahiş ünvanlamaq fikrində olub. Məsələ burasındadır ki, ərəblər Kessyenin keçidi müqabilində ivuarlı futbolçuya sərfəli müqavilə və imza bonusu daxil, əlavə bonuslar da vəd vermişdilər.


