“Yuventus” Super Liqanı tərk etdi, ECA-ya qayıtdı

“Yuventus” Super Liqa layihəsindən çıxıb və sonra Avropa Klublar Assosiasiyasına (ECA) qayıtmaq üçün müraciət edib.

Arena.az məlumat verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının saytı məlumat yayıb.

Bildirilir ki, bu gün, iyunun 1-də UEFA-nın prezidenti Aleksander Çeferin və bu qurumun baş katibi Mattias Qrafströmüm iştirakı ilə Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasın əvvəlində Avropa Klublar Assosiasiyasının sədri, eyni zamanda PSJ-nin prezidenti olan Nasser Əl-Xelaifi tədbirdə iştirak edənlərə müraciət edərək deyib:

“İclasa çox mühüm xəbərlə başlayıram – rəhbərlik və sahiblərlə bir neçə son görüşdən sonra mən “Yuventus”un yaxın gələcəkdə rəsmiləşdiriləcək. Bu klubun Avropa Klublar Assosiasiyasına yenidən qoşulmaq üçün müraciət göndərdiyini elan etməkdən məmnunam”, deyə Əl-Xelaifi bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: