Zinçenko ustalığından danışdı

Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko həm sol cinah müdafiəçisi, həm də yarımmüdafiənin mərkəzində oynamağı necə bacardığını açıqlayıb.

Arena.az xəbər verir ki, ukraynalı futbolçu bu barədə klubun rəsmi saytına danışıb:

“Mənim vəziyyətimdə, açıq-aydın, sağ cinah hücumçusu olan rəqibinizə baxmaq və onun harada qaldığını və kimi “qoruduğunu” görməlisiniz. Sonra ərazidə boşluq tapmaq və irəli oynamağa çalışmaq lazımdır. Yarımmüdafiənin mərkəzində olanda əsas odur ki, kürəyinin arxasında nə baş verdiyini biləsən. Topu qəbul etməzdən əvvəl onunla nəcə rəftar edəcəyinizi bilməlisiniz. Buna görə də boynumu mümkün qədər çox və tez-tez tərpətməyə çalışıram, sadəcə arxamda baş verənləri, meydanda baş verənləri təhlil edirəm”.

Zinçenko cari mövsümdə 33 oyunda “topçular”ın heyətində meydana çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib. “Arsenal” isə Premyer Liqanın “gümüş”ünü qazanıb.