“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu belçikalı yarımmüdafiəçi Loris Broqnonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.
Loris Broqnonun son klubu “Birşot” olub. O, həmçinin, ölkəsinin “Şarlerua”, “Oud-Heverli Leueven”, “Lommel”, “Mons” və Niderlandın “Sparta” klublarında çıxış edib.
“Zirə” bu yay Velves Damatsena, Məhəmməd Hamdaui və Georgi Stoilovu da transfer etmişdi. Qəsəbə təmsilçisi yerli futbolçulardan da Təmkin Xəlilzadə, Mehdi Cənnətov, Ruslan Abışov, Anar Nəzirov, Rauf Hüseynli, Ramin Əhmədov, Rüstəm Nuriyev və Samir Qurbanovu heyətinə qatıb.


