“Zirə” Dimitrios Çantakiasla da yeni müqavilə bağladı

“Zirə” müdafiəçisi Dimitrios Çantakias ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Yunanıstanlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu 2020-ci ilin yayından “Zirə”də çıxış edir.

“Zirə” daha öncə Davit Volkov, Hacıağa Hacılı və Ağabala Ramazanovla da yeni müqavilə bağlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: