“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu fransalı yarımmüdafiəçi Hamidu Keytanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1 il yarımlıq müqavilə bağlanılıb.
Hamidu Keyta daha əvvəl ölkəsinin “Oser”, “Havr”, “Trelissak”, “Sent Etyen”, “Şambli” klublarında çıxış edib. O, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında legioner həyatı yaşayıb. Keyta son olaraq Portuqaliyanın “Santa Klara” klubunun formasını geyinib.
Qeyd edək ki, Keyta” Zirə” klubunun bu qış fasiləsi dönəmində hələ ki, ilk transferidir.


