“Zirə”nin Türkiyə toplanışı ləğv edilib. Arena.az xəbər verir ki, buna səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin pozitiv nəticə verməsi səbəb olub.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib.
Komanda məşqlərini ölkə daxilində davam etdirəcək.
Qeyd edək ki, “Zirə” Türkiyəyə bu gün yollanmalı idi. Komanda orada iki həftəlik təlim-məşq toplanışı keçəcəkdi.


