“Monako”nun zorlamada ittiham edilən tunisəsilli fransalı hücumçusu Vissam Ben Yedder 900 min avro girov qarşılığında zaminə buraxılıb.
Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir.
Daha əvvəl bildirilmişdi ki, 19 və 20 yaşlı iki qız Ben Yedderi və onun kiçik qardaşını bir axşam birlikdə keçirdikdən sonra, onları cinsi əlaqəyə məcbur etməkdə ittiham edib. Hadisə iyulun 10-da Monako yaxınlığında yerləşən Bosoley kommunasında baş verib. Ben Yadder zorlamada, zorlamaya cəhddə və cinsi təcavüzdə ittiham edilib. Zaminə buraxılmaq üçün futbolçudan 900 min avro məbləğində girov tələb edilib və bu girov ödənilib. İstintaq davam edir.
Geridə qalmış 2022/2023 mövsümündə Ben Yadder Monakonun heyətində 43 oyuna çıxıb, 25 qol vurub, 7 məhsuldar ötürmə verib.
O, 2018-ci ilin mart ayında dübüt etdiyi Fransa yığmasının heyətində 19 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Hücumçu Fransa yığması ilə 2021 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 32 yaşlı Ben Yadderi 15 milyon avro məbləğində qiymətləndirir.


