“Beşiktaş” da uduzdu, “Qalatasaray” xal itirdi – Avropa Liqasında

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qalan bütün görüşləri sonuncu oyun gününə təsadüf edib.

İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Plzen, Çexiya) ilə qarşılaşıb və çətin qələbəyə sevinib.

Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Bodo Qlimt”in qonağı olub. “Sarı qırmızılar” səfərdə xal itirdikləri halda, “qara qartallar” məğlubiyyətə üzülüblər.

Bu gün səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşan “Qarabağ”ın növbəti rəqiblərindən “Styaua” (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gəlib. “Olimpiakos” (Yunanıstan) isə evdə “Tvente” (Niderland) ilə görüşüb. Bu oyunların hər ikisi qolsuz yekunlaşıb.

Xatırladaq ki, Avropa Liqasında Liqa mərhələsinin 7-ci turuna 2025-ci il yanvarın 21-də start veriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur

11 dekabr

“Fənərbaxça” (Türkiyə) – “Atletik” (İspaniya) 0:2
Qollar: İnyaki Uilyams, 5; 45+1.

12 dekabr

“Roma” (İtaliya) – “Braqa” (Portuqaliya) 3:0
Qollar: Pelleqrini, 10. S.Abdulhamid, 47. Hermoso, 90+1.

“Hoffenhaym” (Almaniya) – “Styaua” (Rumıniya) 0:0

“Olimpiakos” (Yunanıstan) – “Tvente” (Niderland) 0:0

PAOK (Yunanıstan) – “Ferentsvaroş” (Macarıstan) 5:0
Qollar: Tayson, 10. B.Tomas, 29. Çalov, 76. Jivkoviç, 80-pen. Despodov, 89.

“Viktoriya” (Çexiya) – “Mançester Yunayted” (İngiltərə) 1:2
Qollar: Vidra, 48 – Höylund, 62; 88.

“Yunion” (Belçika) – “Nitsa” (Fransa) 2:1
Qollar: İvanoviç, 33; 90+2 – Gessand, 45+1.

“Ludoqorets” (Bolqarıstan) – “Alkmaar” (Niderland) 2:2
Qollar: Çoçev, 60. Dua, 63 – Van Bommel, 14. Maykuma, 19.

“Malmö” (İsveç) – “Qalatasaray” (Türkiyə) 2:2
Qollar: Botheym, 24. Pena, 90+2 – Jelert, 43. Y.Akgün, 56.

“Portu” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 2:0
Qollar: Namaso, 30. Samu, 56.

“Ayaks” (Niderland) – “Latsio” (İtaliya) 1:3
Qollar: Traore, 47 – Tçauna, 12. Dele-Başiru, 52. Pedro, 77.

“Reyncers” (Şotlandiya) – “Tottenhem” (İngiltərə) 1:1
Qollar: İqamane, 47 – Kuluşevski, 75.

“Slaviya” (Çexiya) – “Anderlext” (Belçika) 1:2
Qollar: Çori, 58 – Anqulo, 8. Versxaeren, 31.

“Real Sosyedad” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) 3:0
Qollar: Oyarsabal, 19; 33. Bekker, 24.

“Olimpik” (Lion, Fransa) – “Ayntraxt” (Almaniya) 3:2
Qollar: Şerki, 27. Fofana, 50. Nuama, 54 – Knauff, 18. Marmuş, 85.

“Makkabi” (Təl-Əviv, İsrail) – RFS (Latviya) 2:1
Qollar: Naxmias, 16. Stoyiç, 69 – Savalnieks, 52.

“Bodo Qlimt” (Norveç) – “Beşiktaş” (Türkiyə) 2:1
Qollar: Zinkernagel, 37. Byortuft, 43 – J.Fernandes, 21.

“Elfsborq” (İsveç) – “Qarabağ” (Azərbaycan) 1:0
Qol: Ahmed Qasem, 57.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: