“Qarabağ” üçün 75-ci böyükhesablı qələbə

“Qarabağ” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

Arena.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyükhesablı qələbə kimi düşüb.

“Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün ağdamlılar Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib. 8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. Ağdam təmsilçisi 1995/96 mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003/04 mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.

Qeyd edək ki, cari mövsümdə 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn ağdamlılar ümumilikdə 112-ci belə uğuruna imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: