PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 finalında səfərdə “Aston Villa”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, Parisdəki ilk oyunda 3:1 hesabı ilə qalib gəlmiş PSJ, Birmingemdə 2:0 hesablı üstünlüyünü əldən verərək, 2:3 hesabı ilə məğlub olub.
Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Biz mümkün olan ən yaxşı surətdə oyuna başladıq. Bundan sonra isə fəsadlarımız baş qaldırdı. Birinci hissədə özünəəminliyimiz əskik idi. Mən, həmişə yanımızda olan azarkeşlərimizə təşəkkür etmək istərim.
Mən bu oyunu mən hələ uzun müddət xatırlayacağam. Çempionlar Liqası – gözəl yarışdır. Burada çox xüsusu idarə etmək lazım gəlir, səfərdə oynamaq isə həmişə çətindir. Bu, qəribə oyun idi”, deyə ispan mütəxəssis vurğulayıb.
Ümumi hesabda (5:4) üstünlük saxlamış PSJ Çempionlar Liqasının yarımfinalına adalayıb. “Aston Villa” isə ümidlərini növbəti mövsümə bağlamağa məcburdur.


