Hansi Flik: “Yolumuz hələ başa çatmayıb”

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın cari mövsümdə İspaniya La Liqasında çempionluq yürüşünü şərh edib.

Arena.az “Sport.es” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən hər şeyin necə başa çatacağını bilmirəm. Əgər keçirdiyimiz oyunlara baxsaq, onda həm bizə və həm də “Real”a çətin olub. Yerdə qalan bütün oyunlarda qalib gəlmək isə çətin olacaq, çünki La Liqa çox rəqabətlidir. Yarışın səviyyəsi yüksəkdir. Biz, xal itkisinə yol verməyəcəyimizə ümidvarıq. Biz etməyimiz gərək olduğunu etməliyik.

Yolumuz hələ başa çatmayıb. “Real” isə öz məqsədlərinə nail olmaq arzudunda olan fantastik bir komandadır”, deyə Hansi Flik vurğulayıb.

Keçirdiyi 32 oyunda 73 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Real” isə 69 xalla 2-ci pillədən “blauqrana”nı təqib edir.

Komandalar La Liqanın 35-ci turu çərçivəsində may ayının 11-də Barselonada “el klasiko” görüşündə qarşılaşacaqlar. Bir çox mütəxəssislərin qənaətinə görə, cari mövsümün İspaniya çempionu məhz bu oyundan sonra müəyyənləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: