Basketbol: “Neftçi” yarımfinalın ilk oyununda qalib gəldi

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, Bakı İdman Sarayında “Neftçi” “Abşeron”la üz-üzə gəlib.

Qarşılaşma “ağ-qaralar”ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.

Xatırladaq ki, ötən gün keçirilmiş yarımfinal mərhələsinin ilk görüşündə “Sabah” “Şəki”yə 86:73 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan Basketbol Liqası
Yarımfinalın ilk oyunu
27 aprel

“Neftçi” – “Abşeron” 97:93 (17:19, 22:24, 24:23, 23:20, 11:7)
Bakı İdman Sarayı.

Xəbəri sosial şəbəkələrdə paylaş: