Bu gün keçiriləcək oyunlarla futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün əsas mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, turnirin Liqa mərhələsinin ilk turunun 9 oyununa Bakı vaxtı ilə saat 20:45-də start veriləcək. Digər oyunlar isə saat 23:00-da start götürəcək.
Türkiyə təmsilçisi “Samsunspor” Polşada “Legiya”nın qonağı olacaq.
Avropa Konfrans Liqasında növbəti turun oyunları oktyabrın 23-də keçiriləcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
2 oktyabr
20:45. Dinamo (Kiyev, Ukrayna) – Kristal Pelas (İngiltərə)
20:45. Yagelloniya (Polşa) – Hamrun (Malta)
20:45. KuPS (Finlandiya) – Drita (Kosovo)
20:45. Lozanna (İsveçrə) – Breydablik (İslandiya)
20:45. Lex (Polşa) – Rapid (Avstriya)
20:45. Noa (Ermənistan) – Riyeka (Xorvatiya)
20:45. Omoniya (Kipr) – Maynts (Almaniya)
20:45. Rayo Valyekano (İspaniya) – Şkendiya (Şimali Makedoniya)
20:45. Zrinski (Bosniya və Herseqovina) – Linkoln (Cəbəllütariq)
23:00. Aberdin (Şotlandiya) – Şaxtyor (Ukrayna)
23:00. AEK (Larnaka, Kipr) – Alkmaar (Niderland)
23:00. Çelye (Sloveniya) – AEK (Yunanıstan)
23:00. Fiorentina (İtaliya) – Siqma (Çexiya)
23:00. Legiya (Polşa) – Samsunspor (Türkiyə)
23:00. Rakuv (Polşa) – Universitatya (Kluj, Rumıniya)
23:00. Şelbrun (İrlandiya) – Hakken (İsveç)
23:00. Slovan (Bratislava, Slovakiya) – Strasburq (Fransa)
23:00. Sparta (Praqa, Çexiya) – Şemrok Rovers (İrlandiya)


