Mərakeş millisinin qələbəsi Niderlandda iğtişaşlara səbəb oldu

DÇ-2026-nın 1/8 finalında Mərakeş millisinin Kanada üzərindəki qələbəsindən sonra Niderlandın bir neçə şəhərində iğtişaşlar baş verib.

Arena.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Xüsusilə Utrext şəhərində keçirilmiş bayram tədbirləri zamanı vəziyyət nəzarətdən çıxıb. Bir qrup azarkeş küçələrdə velosipedləri sındırıb, yolları bağlayıb, bir neçə avtomobilə ziyan vurub və bəzi tikililərə od vurub.

Bundan başqa, iğtişaş iştirakçılarının polis əməkdaşlarına fişəng atdığı, həmçinin şəhərdə yerləşən bir neçə mağazanın talan edildiyi bildirilir.

Qeyd edək ki, Mərakeş millisi DÇ-2026-nın 1/8 finalında Kanada yığmasını 3:0 hesabı ilə məğlub edərək turnirin 1/4 finalına yüksəlib. Afrika təmsilçisi növbəti mərhələdə Fransa millisi ilə qarşılaşacaq.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: