Bruno Gimarayns “Arsenal”da! – 87 milyonluq transfer!

“Nyukasl”ın braziliyalı yarımmüdafiəçisi Bruno Gimarayns bundan sonra İngiltərənin digər klubu “Arsenal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

“Topçular” bu transfer üçün “Nyukasl”a 87,4 milyon avro ödəyiblər.

Xatırladaq ki, Bruno Gimarayns 2022-ci ilin yanvarından “Nyukasl”ın uğurları üçün çalışırdı. Premyer Liqa təmsilçisi onu 42,1 milyon avro qarşılığına Fransanın “Olimpik” (Lion) klubundan almışdı. 28 yaşlı futbolçunun İngiltərə klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi mövcud idi. Yarımmüdafiəçi ötən mövsüm “sağsağanlar”ın heyətində bütün turnirlərdə 41 oyuna çıxıb və 9 qol vurub.

Bruno Gimarayns daha öncə Lion “Olimpik”indən başqa “Atletiko Paranaense” və “Audaks” klublarının da formasını geyinib. O, 2020-ci ilin noyabr ayında debüt etdiyi Braziliya milli komandasında 48 oyun keçirib, 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: