İspaniya La Liqasında mübarizə aparan “Deportivo”nun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq meniskindən əməliyyat olunacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı futbolçu sentyabrın 20-də İspaniya çempionatının “Betis”ə qarşı ev oyununda (1:1) zədələnib. Obameyanqın əməliyyatı cümə axşamı keçiriləcək.
Qeyd edək ki, Obameyanq cari mövsümün əvvəlində “Deportivo”ya keçib. Qabonlu forvard komandanın heyətində 7 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Futbolçu karyerası ərzində “Lill”, “Sent Etyen”, “Olimpik” (Marsel), “Monako”, “Milan”, Dortmund “Borussiya”sı, “Çelsi”, “Arsenal” və “Barselona”da çıxış edib.
Obameyanq Dortmund “Borussiya”sı ilə Almaniya Kubokunu və iki dəfə Almaniya Super Kubokunu, “Arsenal”la İngiltərə Kuboku və Super Kubokunu, “Barselona” ilə isə İspaniya çempionluğunu qazanıb.
Hücumçu çıxışını dayandırdığı Qabon millisinin tarixində ən məhsuldar futbolçudur.


