Rafinya “Xetafe” və “Qalatasaray”la oyunları buraxacaq

Futbol üzrə Braziliya millisinin və “Barselona”nın hücumçusu Rafinya komandasının qarşıdakı iki matçında iştirak edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik məlumat verib.

“Barselona” oktyabrın 10-da İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Xetafe” ilə, oktyabrın 13-də isə UEFA Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşacaq. Rafinya hər iki oyunu buraxmalı olacaq.

Braziliyalı futbolçu daha əvvəl zədə səbəbindən milli komandanın düşərgəsini erkən tərk edib. Tibbi müayinə onun sağ budunun arxa hissəsindəki əzələlərdə yüngül ödem olduğunu üzə çıxarıb.

“Bu, zədə deyil, amma ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədələnmişdi. Buna görə də Rafinyanı qorumağımız lazımdır”, – deyə Flik klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: