Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlandı

Futzal üzrə Azərbaycan milli komandası oktyabrın 16-da dünya çempionatının (DÇ-2028) əsas mərhələsində ilk oyununu keçirəcək.

Arena.az xəbər verir ki, millimiz səfərdə Çexiya yığması ilə qarşılaşacaq.

Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” idman arenasında keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Baş məşqçi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev milli komandaya 14 nəfəri dəvət edib.

Futzal üzrə Azərbaycan millisinin qarşıdan gələn oyun üçün heyətini təqdim edirik:

  1. Fərid Atakişiyev – Neftçi
  2. Emin Kürdov – Araz-Naxçıvan
  3. Kamran Hacıyev – Neftçi
  4. Nihad İsmayılov – Neftçi
  5. Emil Həsənzadə – Neftçi
  6. Tofiq Əliyev – Neftçi
  7. Murad Quluzadə – Araz-Naxçıvan
  8. Kənan Manafov – Araz-Naxçıvan
  9. Oktay Rüstəmli – Araz-Naxçıvan
  10. Ədalət Ələkbərov – Araz-Naxçıvan
  11. Nurlan Məmmədov – Araz-Naxçıvan
  12. Eldar Zeynalov – Araz-Naxçıvan
  13. Novruz Kazıxanov – Araz-Naxçıvan
  14. Ülvi Əliyev – Araz-Naxçıvan
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: