Bu gün keçiriləcək oyunlarla futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə əsas mərhələnin 1-ci turunun görüşləri baş tutacaq.
Türkiyənin “Trabzonspor” komandası səfərdə Finlandiya təmsilçisi KuPS ilə üz-üzə gələcək. Niderland nəhəngi “Ayaks” səfərdə Xorvatiya klubu “Hayduk”un qonağı olacaq. İngiltərənin “Brayton” komandası isə evdə Litva təmsilçisi “Jalgiris”lə qarşılaşacaq.
Konfrans Liqasında Liqa mərhələsinin 2-ci turunun oyunları oktyabrın 22-də keçiriləcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
15 oktyabr
20:45. Gent (Belçika) – Orhus (Danimarka)
20:45. Panatinaikos (Yunanıstan) – Borats (Bosniya və Herseqovina)
20:45. Luqano (İsveçrə) – Srvena Zvezda (Serbiya)
20:45. KuPS (Finlandiya) – Trabzonspor (Türkiyə)
20:45. Universitatya (Rumıniya) – Xetafe (İspaniya)
20:45. Riqa (Latviya) – Kayrat (Qazaxıstan)
20:45. Hayduk (Xorvatiya) – Ayaks (Niderland)
20:45. ÇSKA (Bolqarıstan) – Monako (Fransa)
20:45. Myalbü (İsveç) – İnter Eskaldes (Andorra)
20:45. Eqnatiya (Albaniya) – Midtyulland (Danimarka)
23:00. Atalanta (İtaliya) – Pafos (Kipr)
23:00. Frayburq (Almaniya) – Yablonets (Çexiya)
23:00. Kopenhagen (Danimarka) – Braqa (Portuqaliya)
23:00. Brayton (İngiltərə) – Jalgiris (Litva)
23:00. Tvente (Niderland) – Tun (İsveçrə)
23:00. Sent-Trüden (Belçika) – İberiya (Gürcüstan)
23:00. Brann (Norveç) – Linkoln (Cəbəllütariq)
23:00. Harts (Şotlandiya) – Nordsyelland (Danimarka)


