“Mançester Yunayted” Karriki istefaya göndərməyə hazırlaşır

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Maykl Karriklə yolları ayırmaq barədə düşünür.

Arena.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

İddiaya görə, klub rəhbərliyi hələ yekun qərar qəbul etməyib. Karrikin istefaya göndəriləcəyi təqdirdə əsas namizəd “Nyukasl”ın sabiq baş məşqçisi Eddi Hau hesab olunur. ABŞ millisinin hazırkı çalışdırıcısı Maurisio Poçettino da namizədlər arasındadır.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın cari mövsümünün geridə qalmış 10 turundan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb və düşmə zonasında yer alır. Komanda növbəti oyunda noyabrın 22-də səfərdə “Liverpul”la qarşılaşacaq.

45 yaşlı Maykl Karrik 2025-ci ilin yanvarından “qırmızı şeytanlar”a rəhbərlik edir. O, əvvəllər iki dəfə komandanın baş məşqçi əvəzi olub. Klub may ayında mütəxəssislə müqaviləni 2028-ci ilə qədər uzadıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: