İtaliyalı futbol mütəxəssisi Roberto D’Aversa A Seriyasında mübarizə aparan “Sassuolo” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssis yeni klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. D’Aversa bu postda iyun ayından komandaya rəhbərlik edən və ötən gün istefaya göndərilmiş Alberto Akvilanini əvəzləyib.
Akvilaninin rəhbərliyi altında “Sassuolo” 13 oyuna çıxıb. Komanda bu görüşlərdə 4 qələbə qazanıb, 2 heç-heçə edib və 7 məğlubiyyətə uğrayıb.
“Sassuolo” A Seriyasının 11 turundan sonra 8 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, Roberto D’Aversa daha əvvəl “Torino”, “Empoli”, “Leççe”, “Sampdoriya” və “Parma” komandalarını da çalışdırıb.


