İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Qərarın komandanın mövsümə uğursuz başlaması və qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar qəbul edildiyi bildirilib. “Mançester Yunayted”in açıqlamasında Karrikin klubun əfsanəsi olduğu vurğulanıb:
“Maykl Karrikin baş məşqçi postunu tərk etdiyini təsdiqləyə bilərik. Mövsümün məyusedici başlanğıcından sonra klub məqsədlərimizə çatmaq üçün dəyişikliklərin zəruri olduğu qənaətinə gəlib. Maykl “Mançester Yunayted”in əfsanəsidir və həmişə belə olaraq qalacaq. Futbolçu olduğu dövrdə olduğu kimi, klubda çalışdığı bütün müddət ərzində də ən yüksək fədakarlıq və peşəkarlıq nümayiş etdirib. Onun liderliyi və ötən mövsüm əldə etdiyi nailiyyətlər hər zaman xoş xatırlanacaq”.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 10 turdan sonra cəmi 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda çempionatda 8 oyundur qələbə qazana bilmir və hazırda aşağı liqaya düşmə zonasında yer alır.
Karrikin istefasından sonra “Mançester Yunayted”in yeni baş məşqçi axtarışına başladığı vurğulanır. İngiltərə mətbuatında “Nyukasl”ın sabiq çalışdırıcısı Eddi Hau, ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino və hazırda klubsuz olan Antonio Kontenin namizədliyi gündəmə gətirilib.
Xatırladaq ki, Maykl Karrik bu ilin yanvarından “Mançester Yunayted”ə rəhbərlik edirdi.


