Futbol üzrə Belçika millisinin sabiq yarımmüdafiəçisi Radja Nainqqolan “İnter”dən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Radja Nainqqolan 2018-ci ildən “İnter”in uğurları üçün çalışırdı. Təcrübəli yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 41 oyunda 7 qolla yadda qalıb. Futbolçu həm 2019/20, həm də 2020/21 mövsümlərində “Kalyari”də icarədə oynayıb. Onun karyerasını bundan sonra da məhz “Kalyari”də davam etdirməsi gözlənilir.
Nainqqolan daha öncə “Pyaçentsa” və “Roma”da da çıxış edib. Belçika millisində 30 oyun keçirmiş futbolçu, 6 qola da imza atıb.


