Futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edib.
“Qarabağ”ın Marsel “Olimpik”inə uduzduğu gündə Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” Praqada “Slaviya”nın qonağı olub. İstanbulda keçirilən ilk qarşılaşmada Çexiya təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab matçında da oxşar nəticə qeydə alınıb. Nəticədə, “Fənərbaxça” avrokuboklarla vidalaşıb.
Günün digər matçlarına gəlincə, “Bodo Qlimt” “Seltik”i, “Partizan” “Sparta”nı, “Lester Siti” “Randers”i, PSV “Makkabi”ni, PAOK “Midtyulland”ı, “Vitess” isə “Rapid”i mübarizədən kənarlaşdırıb.
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatması fevralın 25-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunları
24 fevral
Qarabağ (Azərbaycan) – Olimpik (Marsel, Fransa) 0:3
Qol: P.Qeye, 12. M.Genduzi, 77. K.D.L.Fuente, 90+2.
İlk oyun – 1:3
Bodo Qlimt (Norveç) – Seltik (Şotlandiya) 2:0
Qol: Solbakken, 9. Vetlesen, 69.
İlk oyun – 3:1
Partizan (Serbiya) – Sparta (Praqa, Çexiya) 2:1
Qol: R.Qomes, 7; 24 – Hlojek, 85.
İlk oyun – 1:0
Randers (Danimarka) – Lester Siti (İngiltərə) 1:3
Qol: Odey, 84 – Barnes, 2. Maddison, 70; 74.
İlk oyun – 1:4
Makkabi (Tel-Əviv, İsrail) – PSV (Niderland) 1:1
Qol: Saborit, 90+1 – Veressen, 85.
İlk oyun – 0:1
Slaviya (Praqa, Çexiya) – Fənərbaxça (Türkiyə) 3:2
Qol: Ştrans, 19. Sor, 27; 63 – M.Yandaş, 39. Berişa, 90.
İlk oyun – 3:2
PAOK (Yunanıstan) – Midtyulland (Danimarka) 2:1 (penaltilər 5:3)
Qol: Jivkoviç, 20. Vyeyrinya, 26 – Höq, 80.
İlk oyun – 0:1
Vitess (Niderland) – Rapid (Vyana, Avstriya) 2:0
Qol: Qrbiç, 3. Bero, 19.
İlk oyun – 1:2


