Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 5-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.
“Bornmut” – “Vulverhempton” matçında qapılara qol vurulmayıb.
“Arsenal” doğma meydanda “Aston Villa”ya qalib gəlibsə, Londonun digər təmsilçisi “Tottenhem” “Vest Hem”in müqavimətini qıra bilməyib.
“Liverpul” “Nyukasl”la ev oyununda çətin və əzmkar qələbəyə sevinib. “Mançester Siti” isə Erlinq Halandın bir hissəyə het-trikə imza atdığı “Nottingem Forest”lə oyunda 6 cvavabsız qolla qalib gəlib.
Tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.
İngiltərə Premyer Liqası
5-ci tur
30 avqust
Kristal Pelas – Brentford 1:1
Qol: Zaha, 59 – Vissa, 88.
Fulhem – Brayton 2:1
Qol: Mitroviç, 48. Dank, 55-öz qapısına – Makallister, 60.
Sauthempton – Çelsi 2:1
Qol: Lavia, 28. Armstronq, 45+1 – Sterlinq, 23.
Lids – Everton 1:1
Qol: Sinisterra, 55 – Qordon, 17.
31 avqust
Arsenal – Aston Villa 2:1
Qol: Q.Jezus, 30. Martinelli, 77 – Duqlas, 74.
Bornmut – Vulverhempton 0:0
Mançester Siti – Nottingem Forest 6:0
Qol: Haland, 12; 23; 38. Kanselo, 50. Alvares, 65; 87.
Vest Hem – Tottenhem 1:1
Qol: Souçek, 55 – Kehrer, 34-öz qapısına.
Liverpul – Nyukasl 2:1
Qol: Firmino, 61. Karvalyo, 90+8 – İsak, 38.
1 sentyabr
23:00. Lester Siti – Mançester Yunayted


