Premyer Liqa: “Aston Villa” evdə, “Fulhem” səfərdə sevindi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Aston Villa” doğma meydanda “Sauthempton”la qarşılaşıb. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar. Beş qolun qeydə alındığı “Nottingem Forest” – “Fulhem” matçında isə qonaqlar qələbəyə seviniblər.

8-ci turun “Brayton” – “Kristal Pelas”, “Mançester Yunayted” – “Lids” və “Çelsi” – “Liverpul” oyunları təxirə salınıb

İngiltərə Premyer Liqası
8-ci tur
16 sentyabr

Aston Villa – Sauthempton 1:0
Qol: Remzi, 41.

Nottingem Forest – Fulhem 2:3
Qol: Avoniyi, 11. Obrayn, 77 – Tete, 54. Paulinya, 57. Rid, 60.

17 sentyabr

15:30. Vulverhempton – Mançester Siti
18:00. Nyukasl – Bornmut
20:30. Tottenhem – Lester Siti

18 sentyabr

15:00. Brentford – Arsenal
17:15. Everton – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: