Premyer Liqa: “Liverpul”la MY qalib gəldi, “Çelsi” xal itirdi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılama baş tutub.

Səfərdə “Brentford”la qarşılaşan “Çelsi” bu oyundan qolsuz ayrılıb. “Liverpul” “Vest Hem”i, “Nyukasl” da “Everton”u minimal hesabla məğlub yola salıb. “Sauthempton” isə “Bornmut”u səfərdə oxşar hesabla yenib. “Mançester Yunayted” də “Tottenhem”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

12-ci turun “Arsenal” – “Mançester Siti” oyunu isə təxirə salınıb. Tura oktyabrın 20-də keçiriləcək iki oyunla yekun vurulacaq.

İngiltərə Premyer Liqası
12-ci tur
18 oktyabr

Brayton – Nottingem Forest 0:0

Kristal Pelas – Vulverhempton 2:1
Qol: Eze, 47. Zaha, 70 – A.Traore, 31.

19 oktyabr

Bornmut – Sauthempton 0:1
Qol: Adams, 9.

Brentford – Çelsi 0:0

Liverpul – Vest Hem 1:0
Qol: D.Nunes, 22.

Nyukasl – Everton 1:0
Qol: Almiron, 31.

Mançester Yunayted – Tottenhem 2:0
Qol: Fred, 47. B.Fernandes, 69.

20 oktyabr

22:30. Fulhem – Aston Villa
23:15. Lester Siti – Lids

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: