Futbol üzrə İngiltərə milli komandasının sabiq müdafiəçisi Qari Keyhill karyerasını başa vurub. Arena.az xəbər verir ki, təcrübəli oyunçu 36 yaşında futbolla vidalaşıb.
Qari Keyhill peşəkar karyerasına 2004-cü ildə yetirməsi olduğu “Aston Villa”da başlayıb. O, bu klubla yanaşı, “Bernli”, “Şeffild Yunayted”, “Bolton”, “Çelsi”, “Kristal Pelas” və “Bornmut”da da forma geyinib. Keyhill 2012-2019-cu illər aralığında çıxış etdiyi “Çelsi”də iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. O, İngiltərə yığmasında da 61 oyuna çıxıb, 5 qol vurub.


