İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Yussef Maleh “Leççe”yə icarəyə verilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “Leççe” mərakeşli yarımmüdafiəçini birdəfəlik heyətinə qatmaq istəsə, yayda bunun üçün Florensiya klubuna 4.5 milyon avro ödəməli olacaq.
Yussef Maleh 2021-ci ilin yanvarından “Fiorentina”dadır. Yarımmüdafiəçi bu komandada 45 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Florensiya təmsilçisi daha öncə onu “Venetsiya”ya da icarəyə verib. İtaliyada anadan olmasına, hətta bu ölkənin U-21 yığmasında oynamasına baxmayaraq, Maleh Mərakeş yığmasına dəvət alır. O, İtaliyada “Çezena” və “Ravenna” klublarının da uğurları üçün çalışıb.


