Bundesliqa: “Borussiya”dan ardıcıl 7-ci qələbə və vahid liderlik

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ikinci oyun gününə təsadüf edib.

“Herta” doğma meydanda “Auqsburq”a, “Leypsiq” “Ayntraxt”a, “Verder” “Bohum”a, “Şalke” isə “Ştutqart”a qalib gəlib. “Köln” – “Volfsburq” matçı qonaqların qələbəsiylə yekunlaşıb. Dortmund “Borussiya”sı isə “Hoffenhaym”la səfər oyunundan qələbə ilə ayrılıb. Bundesliqa çərçivəsində keçirdiyi oyunlarda ardıcıl 7-ci qələbəsini qazanan dortmundlular müvəqqəti də olsa, zirvəyə yüksəliblər.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Almaniya Bundesliqası
22ci tur
24 fevral

Maynts – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Li, 25. İnqvartsen, 49. Ayorke, 72. Nelson, 90+4.

25 fevral

Köln – Volfsburq 0:2
Qol: Gerhardt, 4.

Herta – Auqsburq 2:0
Qol: Rixter, 61. Lukebakio, 70.

Hoffenhaym – Borussiya (Dortmund) 0:1
Qol: Brandt, 43.

Leypsiq – Ayntraxt 2:1
Qol: Verner, 6. Forsberq, 40 – Sou, 61.

Verder – Bohum 3:0
Qol: Fullkruq, 29. Şmidt, 43. Dukş, 59.

Şalke – Ştutqart 2:1
Qol: Dreksler, 10. Bulter, 40 – Sosa, 63.

26 fevral

18:30. Frayburq – Bayer
20:30. Bayern – Union Berlin

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: