Bundesliqa: “Union Berlin” xal itirdi, “Frayburq” qalib gəldi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 24-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Volfsburq” – “Union Berlin” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Frayburq” – “Hoffenhaym” matçında meydan sahibləri qələbə qazanıblar. Beş qolun vurulduğu “Verder” – “Bayer” görüşündə isə 3 xalı qonaqlar bayram ediblər.

Beləliklə, 24 turdan sonra 52 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 52 xalla ikinci pillədə qərarlaşıb. “Leypsiq”, “Union Berlin” və “Frayburq”un 45 xalı var. “Ayntraxt” 40, “Maynts” 36, “Volfsburq” 35, “Bayer” 34, Mönhenqladbax “Borussiya”sı ilə “Verder” də 30 xal toplaya bilib.

Almaniya Bundesliqası
24-cü tur
10 mart

Köln – Bohum 0:2
Qol: Stoger, 9-pen. Masoviç, 76.

11 mart

Bayern – Auqsburq 5:3
Qol: Kanselo, 15. Pavar, 19; 35. Sane, 45. Deyvis, 74 – Berişa, 3; 60-pen. Kardona, 90+3.

Ayntraxt – Ştutqart 1:1
Qol: Rode, 55 – Silas, 75.

Herta – Maynts 1:1
Qol: Nqankam, 18-pen – Ayorke, 57.

Leypsiq – Borussiya (Mönhenqladbax) 3:0
Qol: Verner, 71. Forsberq, 71. Qvardiol, 80.

Şalke – Borussiya (Dortmund) 2:2
Qol: Bulter, 50. Karaman, 79 – Şlotterbek, 38. Gerrero, 60.

12 mart

Frayburq – Hoffenhaym 2:1
Qol: Eggeştayn, 5. Doan, 89 – Stiller, 49.

Verder – Bayer 2:3
Qol: Dukş, 30. Fullkruq, 86 – Bakker, 34. Frimponq, 56. Hlojek, 83.

Volfsburq – Union Berlin 1:1
Qol: Vimmer, 84 – Yuranoviç, 72.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: