Dmitri Nazarov üçün 84 dəqiqə, 1 qol və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 27-ci turu çərçivəsində baş tutan “Svikkau” ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Aue təmsilçisi meydanı inamlı qələbə ilə tərk edib – 2:0.

Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da millimizin üzvü vurub. O, 62-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bununla da yarımmüdafiəçi cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.

Aue təmsilçisi geridə qalan 27 turda 10 qələbə qazanıb, 6 heç-heçə edib və 11 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 36 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: