Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Verder”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Turun qalan oyunları şənbə və bazar günlərində keçiriləcək.
Almaniya Bundesliqası
25-ci tur
17 mart
Borussiya (Mönhenqladbax) – Verder 2:2
Qol: Turam, 48. Noyhaus, 73 – Dukş, 65; 89.
18 mart
18:30. Auqsburq – Şalke
18:30. Bohum – Leypsiq
18:30. Hoffenhaym – Herta
18:30. Ştutqart – Volfsburq
21:30. Borussiya (Dortmund) – Köln
19 mart
18:30. Union Berlin – Ayntraxt
18:30. Bayer – Bayern
18:30. Maynts – Frayburq


