Dmitri Nazarov 90 dəqiqə oynadı, “Ersgebirge” evdə uduzdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 28-ci turu çərçivəsində baş tutan “Münhen 1860” ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi meydanı məğlubiyyətlə tərk edib – 1:3.

Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 8 qol vurmuş milli üzvü bu dəfə fərqlənə bilməyib.

Aue təmsilçisi geridə qalan 28 turda 10 qələbə qazanıb, 6 heç-heçə edib və 12 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 36 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: