Bundesliqa: “Bayern” “Bayer”ə səfərdə uduzdu, zirvəni əldən verdi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 25-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Maynts” – “Frayburq” matçında tərəflər hərəyə bir qol və bir xalla kifayətləniblər. “Union Berlin” doğma meydanda “Ayntraxt” üzərində inamlı qələbəyə sevinib. Lider “Bayern” isə səfərdə “Bayer”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matç Münhen təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Bu məğlubiyyətin ardından “Bayern” liderliyi Dortmund “Borussiya”sına təhvil verib. Dortmundluların hazırda 53, münhenlilərin isə 52 xalı var. “Union Berlin” 48 xalla üçüncü pillədə qərarlaşıbsa, “Frayburq” 46, “Leypsiq” 45, “Ayntraxt” 40, “Volfsburq” 38, “Bayer” və “Maynts” 37, Mönhenqladbax “Borussiya”sı və “Verder” 31 xal toplayıb.

Bundesliqada 26-cı turun oyunları 31 mart – 2 aprel aralığında keçiriləcək.

Almaniya Bundesliqası
25-ci tur
17 mart

Borussiya (Mönhenqladbax) – Verder 2:2
Qol: Turam, 48. Noyhaus, 73 – Dukş, 65; 89.

18 mart

Auqsburq – Şalke 1:1
Qol: Mayer, 51 – Bulter, 90+3-pen.

Bohum – Leypsiq 1:0
Qol: Masoviç, 48.

Hoffenhaym – Herta 3:1
Qol: Kramariç, 24-pen; 37-pen. Bebu, 51.

Ştutqart – Volfsburq 0:1
Qol: Marmuş, 56.

Borussiya (Dortmund) – Köln 6:1
Qol: R.Gerrero, 15. Haller, 17; 69. Roys, 32; 70. Malen, 36 – Selke, 42.

19 mart

Union Berlin – Ayntraxt 2:0
Qol: Xedira, 53. Behrens, 75.

Bayer – Bayern 2:1
Qol: Palasios, 55-pen; 73-pen – Kimmix, 22.

Maynts – Frayburq 1:1
Qol: Onisivo, 90+6 – Doan, 55.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: