Bundesliqa: “Şalke” 5 qola sevindi, sonuncu pillədən qurtuldu

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 28-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Şalke” doğma meydanda “Herta”nı sınağa çəkib. Yeddi qolun qeydə alındığı bu oyunda “Şalke” darmadağına sevinib. Bu tura qədər sonuncu pillədə olan sözügedən komanda qələbə sayəsində “Herta”nı “zirzəmi”yə endirib, özü isə 16-cı pilləyə yüksəlib.

28-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya Bundesliqası
28-ci tur
14 aprel

Şalke – Herta 5:2
Qol: Skarke, 3. Bulter, 13; 78. Terodde, 48. Kaminski, 90+2 – Yovetiç, 45+3. Rixter, 84.

15 aprel

17:30. Bayern – Hoffenhaym
17:30. Köln – Maynts
17:30. Leypsiq – Auqsburq
17:30. Ştutqart – Borussiya (Dortmund)
20:30. Ayntraxt – Borussiya (Mönhenqladbax)

16 aprel

17:30. Verder – Frayburq
19:30. Union Berlin – Bohum
21:30. Volfsburq – Bayer

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: