La Liqa: “Real”dan “Kadis” üzərində inamlı qələbə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 29-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.

“Atletik” doğma meydanda “Real Sosyedad”a, “Betis” isə “Espanyol”a qalib gəlib. Üç qolun qeydə alındığı “Vilyarreal” – “Valyadolid” matçında qonaqlar qələbə qazanıblar. Səfərdə “Kadis”lə qarşılaşan “Real” da turu inamlı qələbə ilə başa vurub.

29-cu turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
29-cu tur
14 aprel

Rayo Valyekano – Osasuna 2:1
Qol: A.Hernandes, 40-öz qapısına. Palason, 43 – M.Qomes, 66.

15 aprel

Vilyarreal – Valyadolid 1:2
Qol: Kapue, 74 – Amalla, 2. El Yamiq, 34.

Atletik – Real Sosyedad 2:0
Qol: İ.Uilyams, 33; 70.

Betis – Espanyol 3:1
Qol: A.Peres, 27. Miranda, 34. Karvalyo, 69 – Montes, 48.

Kadis – Real 0:2
Qol: N.Fernandes, 72. Asensio, 76.

16 aprel

16:00. Jirona – Elçe
18:15. Xetafe – Barselona
20:30. Atletiko – Almeriya
23:00. Valensiya – Sevilya

17 aprel

23:00. Selta – Malyorka

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: