Bundesliqa: “Frayburq” evdə, “Union Berlin” səfərdə qalib gəldi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 29-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Frayburq” doğma meydanda “Şalke”ni 4 cavabsız qolla məğlub edib. “Bayer” isə “Leypsiq”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Mönhenqladbax “Borussiya”sı da “Union Berlin”lə ev oyununda minimal hesabla məğlub olub.

Beləliklə, Bundesliqada 29 turdan sonra 60 xala malik Dortmund “Borussiya”sı vahid liderdir. “Bayern” 59 xalla ikinci, “Union Berlin” 55 xalla üçüncü pillədə qərarlaşıb. “Frayburq” 53, “Leypsiq” 51, “Bayer” 47, “Maynts” 45, “Volfsburq” 43, “Ayntraxt” 42, “Borussiya” (Mönhenqladbax) 36, “Köln” və “Verder” 35 xal toplayıblar.

Almaniya Bundesliqası
29-cu tur
21 aprel

Auqsburq – Ştutqart 1:1
Qol: Delyo, 8 – Endo, 78.

22 aprel

Bohum – Volfsburq 1:5
Qol: Broşinski, 69 – Svanberq, 10; 56. Kaminski, 21. Vimmer, 33. Valdşmit, 77.

Herta – Verder 2:4
Qol: Nqankam, 68. Lukebakio, 79-pen – Dukş, 6; 27; 51. Veyzer, 63.

Hoffenhaym – Köln 1:3
Qol: Dolberq, 90+4 – Kaynts, 18-pen. Selke, 39. Tilman, 90+2.

Maynts – Bayern 3:1
Qol: Ayorke, 65. Barreyro, 73. Martin, 79 – Mane, 29.

Borussiya (Dortmund) – Ayntraxt 4:0
Qol: Bellingem, 19. Malen, 24; 66. Hummels, 41.

23 aprel

Frayburq – Şalke 4:0
Qol: Qreqoriç, 7; 35. Holer, 52. Ginter, 82.

Bayer – Leypsiq 2:0
Qol: Hlojek, 40. Amiri, 86.

Borussiya (Mönhenqladbax) – Union Berlin 0:1
Qol: Bekker, 60.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: