Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün start tarixi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni mövsüm avqustun 4-də başlanacaq.
Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.
Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümü “Qarabağ”ın çempionluğu ilə yekunlaşıb.


