“Qarabağ”da istirahət bitdi, yeni mövsümə hazırlıq başladı

2022/2023 mövsümünü Azərbaycan çempionu kimi başa vuran “Qarabağ” bu gündən etibarən yeni mövsümün hazırlığına başlayacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hazırlığın ilk mərhələsi Bakıda baş tutacaq.

İyunun 22-də isə komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Avstriya toplanışındakı rəqiblər və hazırlıq prosesinin müddəti barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, “Qarabağ”ı qarşıda UEFA Çempionlar Liqasında mübarizə gözləyir. Ağdam klubu ÇL-də mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin ilk oyunları 11-12, cavab görüşləri isə 18-19 iyulda keçiriləcək. Azərbaycan çempionunun rəqii iyunun 20-də atılacaq püşkdə müəyyənləşəcək. Bir sözlə, ağdamlıların ilk rəsmi matça hazırlıq üçün təxminən bir ay vaxtı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: